Bakının Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.
APA xəbər verir ki, yol-nəqliyyat hadisəsi Ziya Bünyadov prospektində qeydə alınıb.
1982-ci il təvəllüdlü Eyvazova Sevil Əlihüseyn qızı prospektdə yolun piyadalar üçün müəyyən edilməyən hissədən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.