Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO - YENİLƏNİB-2

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb- FOTO  - YENİLƏNİB-2
# 16 mart 2023 01:24 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən söndürülüb.

FHN-dən APA-ya bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi, o cümlədən xüsusi təyinatlı avtonərdivanın operativ tətbiqi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində onaltımərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 40kv.m olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 7kv.m sahədə, mətbəx mebeli 3p.m, 1 ədəd paltaryuyan və 1 ədəd kondisioner qismən yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

***

00.10

Bakıda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində başlayan yanğın söndürülüb.

APA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın baş verən əraziyə polis naryadı və TTY briqadası cəlb edilib, bina sakinləri təxliyə olunub. Təxliyə edilənlər arasında yanan mənzilin kirayəçiləri də var.

***

23.49

Bakı şəhəri, Xətai rayonu, Ramiz Quliyev küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Elşən Yəhyayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR