Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - FOTO
# 16 mart 2023 03:10 (UTC +04:00)

Bakının Nəsimi rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, qəza Əbdülvəhab Salamzadə küçəsində baş verib.

“Opel” markalı avtomobilin sürücüsü sükana nəzarəti itirərək əks istiqamətə çıxıb. Bu zaman o hərəkətdə olan “Kia” ya çırpılıb. Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb.

Hadisə nəticəsində işıq dirəyi yerindən qopub. 3 sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR