Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub - FOTO - VİDEO - YENİLƏNİB

Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub - FOTO  - VİDEO  - YENİLƏNİB
# 31 oktyabr 2022 17:09 (UTC +04:00)

Bərdədə kafedə iki nəfəri güllələyən şəxs tutulub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bu gün saat 13 radələrində Bərdə rayonunun Bala Qacar kəndi ərazisində, kənd sakini əvvəllər məhkum olunmuş Rəcəb Məmmədov münaqişə zəminində həmkəndlisi Eldar Məmmədova ov tüfəngindən atəş açıb.

E.Məmmədov və onları aralamaq istəyən kənd sakini Sərxan Əsədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində R.Məmmədov Qaradəmirçi kəndi ərazisində tutulub. Ondan qanunsuz saxladığı 1 ədəd ov tüfəngi götürülüb.

***

13.58

Bərdədə kafedə iki nəfər güllələnib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Bala Qacar kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Rəcəb Məmmədov kənd ərazisində yerləşən kafedə aralarında yaranmış münaqişə zamanı həmkəndlisi 57 yaşlı Eldar Əli oğlu Məmmədova və Qullar kənd sakini, 56 yaşlı Sərxan Teymur oğlu Əsədova ov tüfəngindən atəş açıb.

Nəticədə ağır yaralanan şəxslər Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti orta ağır qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən Rəcəb Məmmədovun tapılması istiqamətində rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat- axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR