Biləsuvarda maşın aşıb, 4 nəfər xəsarət alıb

Biləsuvarda maşın aşıb, 4 nəfər xəsarət alıb
# 08 dekabr 2022 15:14 (UTC +04:00)

Biləsuvar rayonunda yol qəza hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb. Yolda hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində kənd sakinləri - 1988-ci il təvəllüdlü Gülşən Ağayeva, 1989-cu il təvəllüdlü Coşqun Ağayev, 1997-ci il təvəllüdlü Rəqsanə Rzazadə və 1997-ci il təvəllüdlü Mərhəmət Rzazadə xəsarət alıblar. Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR