Biləsuvarda yük və minik maşınları toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Biləsuvarda yük və minik maşınları toqquşub, 5 nəfər xəsarət alıb - FOTO
# 17 mart 2023 14:10 (UTC +04:00)

Biləsuvarda yük maşını minik avtomobili ilə toqquşub.

APA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt - Astara magistral yolunun, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. TIR-la "VAZ-2107" markalı minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər - 1967-ci il təvəllüdlü Valeh Məmmədov, 1987-ci il təvəllüdlü Vahid Paşayev, 1962-cı il təvəllüdlü Fəridə Hadıyeva, 1981-ci il təvəllüdlü Elman Kərimov və 1949-cu il təvəllüdlü Rəfiqə Əhmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəsarət alanların "VAZ-2107"-nin sürücüsü və sərnişinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR