BQXK: Laçın-Xankəndi yolundan bu ay 16 maşın humanitar məqsədli yük daşıyıb

BQXK: Laçın-Xankəndi yolundan bu ay 16 maşın humanitar məqsədli yük daşıyıb
# 26 may 2023 16:59 (UTC +04:00)

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın-Xankəndi yolu ilə tibb müəssisələri üçün dərman və gigiyenik vasitələr, humanitar yüklər, həmçinin bizim humanitar fəaliyyətlərimizi davam etdirmək üçün ləvazimatlar çatdırıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq BQXK-ın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

O bildirib ki, ümumilikdə, may ayında 16 yük maşını humanitar məqsədli yük daşıyıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR