Cəlilabadda avtomobil 80 yaşlı piyadanı vuraraq öldürüb

Cəlilabadda avtomobil 80 yaşlı piyadanı vuraraq öldürüb
# 29 iyun 2023 00:06 (UTC +04:00)

Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə Cəlilabad şəhərinin Qurtuluş prospektində qeydə alınıb.

Hərəkətdə olan avtomobil, piyada 1943-cü il təvəllüdlü Yaqub Əliyevi vurub. Y.Əliyev ağır vəziyyətdə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, 80 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR