“COVID” pasportu olmayan 18 nəfər toylara buraxılmayıb

“COVID” pasportu olmayan 18 nəfər toylara buraxılmayıb
# 25 dekabr 2021 10:20 (UTC +04:00)

Dekabrın 24-də Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 301 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən APA-ya verilən məlumata görə, monitorinqlər şadlıq saraylarında keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində 18 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR