Dənizkənarı Milli Parkda suda aşkarlanan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB

Dənizkənarı Milli Parkda suda aşkarlanan kişi meyitinin kimliyi məlum olub - YENİLƏNİB
# 18 mart 2023 18:58 (UTC +04:00)

2002-ci il təvəllüdlü Xəyal Məmmədovun meyitinin Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə aşkarlanması ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, mərhumun intihar etməsi ehtimal olunur.

***

17:37

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park yaxınlığında, dənizdə naməlum kişi meyitinin aşkarlanması ilə bağlı müraciət daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, meyitin dənizdən çıxarılmasına kömək məqsədilə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri həmin əraziyə cəlb olunub.

Görülən tədbirlər nəticəsində meyit dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR