Gəncədə 39 yaşlı kişi bıçaqlanıb

Gəncədə 39 yaşlı kişi bıçaqlanıb
# 17 mart 2023 22:26 (UTC +04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Avtovağzal adlanan ərazisində qeydə alınıb.

1984-cü il təvəllüdlü Pərviz Mürsəlov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Pasient əməliyat edilib,vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə o, tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR