Göyçay sakini həmkəndlisini güllələyib

Göyçay sakini həmkəndlisini güllələyib
# 27 dekabr 2021 12:42 (UTC +04:00)

Göyçay Rayon Polis Şöbəsinə dekabrın 25-də saat 1 radələrində Çaxırlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.

DİN-dən APA-ya verilən məlumata görə, dərhal polis əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmiş, hadisə yerindən müvafiq sənədləri olan “TOZ-53” markalı ov tüfəngi götürülüb.
R.Qasımov xəstəxanaya yerləşdirilib.
Araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR