Kürdəmir rayon sakinindən sənədsiz ov tüfəngi götürülüb

Kürdəmir rayon sakinindən sənədsiz ov tüfəngi götürülüb
# 24 dekabr 2021 08:34 (UTC +04:00)

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Valeh Sadıqovdan bir ədəd müvafiq sənədləri olmayan “İj” markalı, qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR