Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb
# 23 dekabr 2021 12:18 (UTC +04:00)

Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü müəyyən edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumatına görə, Kəpəz Rayon Polis İdarəsinə dekabrın 22-də saat 10 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Heydərlinin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ-21011” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini C.Hüseynov saxlanılıb.

Kəpəz RPİ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR