Polis bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq

Polis bayram günlərində gücləndirilmiş rejimdə çalışacaq
# 27 dekabr 2021 13:25 (UTC +04:00)

Polis bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Məlumata görə, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar nazirliyin bütün orqan və hissələrinin şəxsi heyətinə ictimai asayişin və təhlükəsizliyin daha da nümunəvi təmin edilməsi üçün tapşırıqlar verilib.

Qeyd edək ki, 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə bağlı 2021-ci il dekabrın 31-dən 2022-ci il yanvarın 4-dək qeyri-iş günləri elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR