Prokuror yatmış qardaşları bıçaqlayan şəxsə 18 il iş istəyib

Prokuror yatmış qardaşları bıçaqlayan şəxsə 18 il iş istəyib
# 26 may 2023 12:15 (UTC +04:00)

Bakıda iki qardaşı bıçaqlamaqda ittiham olunan Azər Zeynalovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.

Prokuror Azər Zeynalovun quldurluq niyyəti ilə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinməsini, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Vəkillərə müdafiə çıxışına hazırlaşmaq üçün iyunun 1-nə kimi vaxt verilib.

APA-nın əldə etdiyi məlumata görə, təqsirləndirilən şəxs hadisəni quldurluq məqsədilə törədib. O, səhər saatlarında Yaqub və Məhəmməd Hüseynzadənin yaşadığı evə daxil olub. Həmin vaxt qardaşların oyanmaq üzrə olduqlarını gördükdə mətbəxdəki bıçağı götürərək onları yatdıqları yerdə bıçaqlayıb.

Yaralı qardaşlar xəstəxanaya yerləşdirilib, onları xilas etmək mümkün olub.

Təqsirləndirilən Azər Zeynalova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR