Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıb

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıb
# 26 may 2023 12:28 (UTC +04:00)

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini, 1994-cü il Nəsimət Zahid qızı Məmmədlinin yaşadığı evin həyətində ocağa tökdüyü benzin alovlanmaya səbəb olub. Alov nəticəsində N. Məmmədli və yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR