Qazax sakini həmkəndlisinə ağır xəsarət yetirib

Qazax sakini həmkəndlisinə ağır xəsarət yetirib
# 23 dekabr 2021 09:59 (UTC +04:00)

Qazax rayon sakininə həmkəndlisi tərəfindən ağır xəsarətlər yetirilib.

APA-nın məlumatına görə, hadisə rayonun Dəmirçilər kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Sovet Qurbanov münaqişə zəmində həmkəndlisi Aqil Abıyevin sifət nahiyyəsinə zərbələr vuraraq, onu yerə yıxaraq ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı S. Qurbanov barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR