Qəbələdə mikroavtobusun iştirakı ilə qəza olub, 20 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Qəbələdə mikroavtobusun iştirakı ilə qəza olub, 20 nəfər xəsarət alıb - FOTO  - YENİLƏNİB-1
# 26 may 2023 14:48 (UTC +04:00)

Qəbələdə baş vermiş avtomobil qəzasında 20 nəfər xəsarət alıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, xəsarət alanlar Qəbələ Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onlardan birinin xəsarəti yüngül olduğundan ilkin yardım göstərilərək evə buraxılıb. Qalan 19 nəfərə tibbi yardım göstərilməsi davam etdirilir. Onlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Vəziyyəti ağır olanların Bakıdakı xəstəxanalara göndəriləcəyi bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, bu gün saat 12 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Ford” markalı mikroavtobusla “Mitsubishi” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, ümumilikdə 16 nəfərə yaxın şəxs ilkin tibbi yardım üçün müraciət edib. Onlardan üçü stasionar müalicəyə qəbul edilib və hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

13.46

Qəbələdə Şəki-Bakı marşrutu ilə hərəkət edən mikroavtobusun minik maşını ilə toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, xəsarət alanlar Qəbələ rayon xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Qəza baş verən yolda tikinti işlərinin aparıldığı bildirilir.

***

13.26

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə İsmayıllı-Qəbələ avtomobil yolunda, Qəbələnin Nohurqışlaq kəndi ərazisində qeydə alınıb. Mikroavtobus və "Mitsubishi" markalı minik avtomobilinin toqquşması nəticəsində ilkin məlumata görə, 5 nəfər xəsarət alıb.

Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıblar.

İlham Əhmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR