Qobuda avtomobil dirəyə çırpılıb, 9 yaşlı sərnişin ölüb

Qobuda avtomobil dirəyə çırpılıb, 9 yaşlı sərnişin ölüb
# 26 may 2023 09:09 (UTC +04:00)

Qobuda ölümlə nəticələnən yol qəzası olub.

APA xəbər verir ki, 1987-ci il təvəllüdlü Rulsan Kotusenko idarə etdiyi "Toyata Prius" markalı avtomobili elektrik dirəyinə çırpıb.

Nəticədə avtomobildə sərnişin qismində olan 2014-cü il təvəllüdlü Allahverdi Fətullayev ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Allahverdi Fətullayev ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR