"Qoç ət" restoranında yanğında 3 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB-1

"Qoç ət" restoranında yanğında 3 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB-1
# 22 dekabr 2021 10:20 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən APA-ya verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

09.26

Bakıda restoranda baş verən yanğın söndürülüb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, “112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsində binada yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. İlkin məlumata əsasən, binanın havalandırma qurğusunda yağ qalıqları yanıb.

***

09:12

Bakıda restoran yanır.

APA-nın məlumatına görə, Binəqədi rayonu ərazisində yerləşən “Qoç ət” restoranında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və yanğınsöndürən texnikası cəlb edilib.

Hazırda yanğının lokallaşdırılması istiqamətində işlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR