Sabirabadda 34 yaşlı kişi 6 aydır itkin düşüb - FOTO - VİDEO

Xəyal Həsənov, itkin düşən şəxs

© APA | Xəyal Həsənov, itkin düşən şəxs

# 23 dekabr 2021 15:50 (UTC +04:00)

Sabirabad rayon sakini, 34 yaşlı Xəyal Həsənov cari ilin iyun ayında Şirvan şəhərində qonaq olduğu evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, Xəyal Həsənovun əlamətləri belədir: boyu 170 sm., arıq bədən quruluşlu, qara seyrək saçlı, gözlərinin rəngi qəhvəyidir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR