Sabirabadda yük avtomobili yanıb - VİDEO

Sabirabadda yük avtomobili yanıb - VİDEO
# 03 dekabr 2022 14:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sabirabad rayonunun Surra kəndində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Sabirabad Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “FORD” markalı yük avtomobilinin arxa təkərlərində baş vermiş yanğın qısa müddətdə söndürülərək yanğının avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin 4 ədəd arxa təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR