Şabranda meşədə 42 yaşlı qadının meyiti tapılıb - FOTO - VİDEO

Şabranda meşədə 42 yaşlı qadının meyiti tapılıb

© APA | Şabranda meşədə 42 yaşlı qadının meyiti tapılıb

# 14 yanvar 2022 12:45 (UTC +04:00)

Şabran rayonunun Ağalıq kəndi ərazisində qadın meyiti aşkarlanıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, cəsəd Gəndob-Yalama yolunun Ağalıq kəndi ərazisindən keçən magistral yoldan təxminən 150 metr içəridə meşə massivində tapılıb. Aparılan ilkin araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Şabran rayon sakini, 1980-ci il təvəllüdlü Xudiyeva Sevda Vaqif qızı olduğu müəyyənləşib.

Faktla bağlı Şabran rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR