Şəmkirdə qəza olub, sürücü ağır xəsarət alıb

Şəmkirdə qəza olub, sürücü ağır xəsarət alıb
# 26 dekabr 2021 18:44 (UTC +04:00)

Şəmkirdə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun "Kraz Yolu” adlan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını digər avtomobil ilə toqquşub. Qəza zamanı “NİVA”nın sürücüsü, 1954-cü il təvəllüdlü Nəcəfli Sultan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR