Sumqayıtda itkin düşən məktəbli tapılıb - YENİLƏNİB

Sumqayıtda itkin düşən məktəbli tapılıb - YENİLƏNİB
# 20 sentyabr 2022 23:05 (UTC +04:00)

Sumqayıtda itkin düşən məktəbli, 2010-cu il təvəlllüdlü Nihat Pənahlı tapılıb.

Bu barədə APA-nın yerli bürosuna N. Pənahlının yaxınları məlumat verilib.

Bildirilib ki, 12 yaşlı məktəbli şəhərin 6-cı mikrorayon ərazisindən tapılıb.

Xatırladaq ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Qeyd edək ki, o, Sumqayıt şəhər 1 nömrəli orta məktəbin şagirdidir.

***

Saat 21:30

Sumqayıt 1 saylı orta məktəbin şagirdi Nihad Pənahlı itkin düşüb.

APA xəbər verir ki, yeddinci sinif şagirdi günorta saat 13-14 radələrində dərsdən çıxdıqdan sonra evə qayıtmayıb.

Məktəblini görənlərdən polisə məlumat vermələri xahiş olunur.

Sail Ağasəlim

Ramil Zeynallı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR