Terrorçuluqda təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi keçirilib - YENİLƏNİB - VİDEO

Terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi

© APA | Terrorçuluqda ittiham olunan Ermənistan vətəndaşlarının məhkəməsi

# 24 dekabr 2021 15:34 (UTC +04:00)

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi keçirilib.

APA-nın məlumatına görə, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxslərə bir daha hüquq və vəzifələrini izah edib.

Daha sonra İşxan Sarqsyanın vəkili vəsatətlə çıxış edərək müdafiə etdiyi şəxslə görüşə şərait yaradılmasını xahiş edib.

Vəsatət təmin edilib.

Proses yanvarın 10-a qədər təxirə salınıb.

***

15.02

Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi keçirilir.

APA-nın məlumatına görə, bu gün Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktının elan olunacağı və təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci (qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə) maddələri ilə ittiham edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR