Ucarda minik maşını yanıb

Ucarda minik maşını yanıb
# 25 dekabr 2021 10:25 (UTC +04:00)

Ucarda minik avtomobili yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonunun Alpout kəndində baş verib.

Kənd sakini, 1990-cı il təvəllüdlü Elvin Ələmdar oğlu Cabbarova məxsus 99 CL 447 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını dayanıqlı halda anidən alovlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, xəsarət alan olmayıb.

İlkin ehtimala görə, hadisəyə minik maşınında baş verən qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR