Xaçmazda yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilib

Xaçmazda "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə

© APA | Xaçmazda "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə

# 22 dekabr 2021 17:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində "Payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirləri" mövzusunda seminar-müşavirə keçirilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, seminar-müşavirədə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonlarının İcra hakimiyyətlərinin və həmin rayonların Dövlət Yanğından Mühafizə hissələrinin, Mənzil İstismar sahələrinin, Təhsil və Polis şöbələrinin, Regional Mədəniyyət İdarəsinin nümayəndələri iştirak ediblər.

Tədbirdə payız-qış mövsümündə yanğın təhlükəsizliyi tədbirlərindən söz açılıb, yanğına qarşı su təchizatı sistemlərinin saz vəziyyətə gətirilməsinin, yaşayış binalarının çardaq sahələrinin yanar tullantılardan təmizlənməsinin və mövcud taxta konstruksiyaların odadavamlı məhlulla hopdurulmasının vacibliyi qeyd olunub. Seminar-müşavirədə, həmçinin, əhalinin elektrik və qaz cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına dair maarifləndirilməsinin əhəmiyyətindən danışılıb.

Tədbirin sonunda mövcud problemlər müzakirə olunub, FHN-əməkdaşları tərəfindən suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR