Xırdalanda azyaşlını avtomobil vurub

Xırdalanda azyaşlını avtomobil vurub
# 25 yanvar 2023 07:52 (UTC +04:00)

Abşeron rayonu ərazisində yol qəzası zamanı 9 yaşlı uşağın ayağı sınıb.

APA xəbər verir ki, AAAF Park yaşayış kompleksinin ərazisində 01-BE-067 dövlət nişanlı “VAZ-2106” markalı nəqliyyat vasitəsini idarə edən Soltanov Əvəz Əziz oğlu qarşısına çıxan 2014-cü il təvəllüdlü Əli Məmmədlini vurub. Azyaşlı sağ ayağın topuq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeton Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR