Yevlaxda 135 min manat mənimsəyən sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır

Yevlaxda 135 min manat mənimsəyən sabiq bələdiyyə sədrinin məhkəməsi başlayır
# 12 yanvar 2023 18:32 (UTC +04:00)

Yevlax rayonu, Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Yevlax Rayon Prokurorluğundan APA-ya verilən xəbərə görə, istintaqın gedişində Qəşəm Əkbərovun vəzifədə olduğu 2013-2020-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəməsi, habelə bələdiyyənin hüquq və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Qəşəm Əkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR