Azad olunmuş ərazilərin yarısı internetlə əhatə olunub

Rəşad Nəbiyev

© APA | Rəşad Nəbiyev

# 24 dekabr 2021 10:56 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərin təxminən 52%-i mobil şəbəkə üzərindən internetlə əhatə olunub.

"APA-Economics" xəbər verir ki, bunu "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktik konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.

Onun sözlərinə görə, qısa müddətdə ölkənin azad edilmiş ərazilərinin internetlə təmin olunması bir daha Azərbaycanın iqtisadi potensialından xəbər verir.

"Gələn ildən başlayaraq biz eyni zamanda sabit şəbəkənin də inkişafına kifayət qədər əhəmiyyətli vəsait yatıracağıq", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR