Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin daşımaları 2 dəfə artıb

Azərbaycanda dəniz nəqliyyatı ilə sərnişin daşımaları 2 dəfə artıb
# 18 mart 2023 11:50 (UTC +04:00)

Azərbaycanda dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-fevral aylarında daşınmış yüklərin həcmi 1 098,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,2% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 57,1%-i neft yükləri təşkil edib.

Məlumata görə, dəniz limanları tərəfindən 1591,6 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 1316,2 min tonunu və ya 82,7 faizini tranzit yüklər təşkil edib.

“2023-cü il mart ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 60,2 min ton olub”, - məlumatda bildirilir.

Qeyd olunur ki, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 2 dəfə artaraq 2,8 min nəfər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR