Azərbaycanın qazpaylayıcı şəbəkəsində itkilər azaldılacaq

Azərbaycanın qazpaylayıcı şəbəkəsində itkilər azaldılacaq
# 14 yanvar 2022 11:52 (UTC +04:00)

Ötən il Azərbaycanın ümumi qazpaylayıcı şəbəkəsi üzrə ümumi qaz itkiləri 7,4% təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin göstəricisi ilə müqayisədə ötən il qaz itkiləri 1,5 faiz bəndi və ya 44 mln. kubmetr azaldılıb.

"İtkilərin idarə olunması "Azəriqaz"ın əsas göstəricilərindən biridir və bu yönümdə də biz 2021-ci ili qaşımızda qoyulmuş plana olaraq başa vurmuşuq", - baş direktor qeyd edib.

R. Əliyev onu da əlavə edib ki, 2022-ci il üçün "Azəriqaz" üzrə itki hədəfi kimi 6,5% göstəricisi götürülüb.

"Azəriqaz" rəhbərinin sözlərinə görə, ötən ilin dekabrında İB-nin 2 milyon 400-cü abonenti qeydə alınıb, bu günə isə "Azəriqaz" abonentlərinin sayı 2 442 030 təşkil edir. 2021-ci ildə İB üzrə 83 330 yeni abonent qeydə alınıb, bunlarda 80 567 əhali abonentlərinin, 2 763 qeyri-əhali abonentlərinin payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR