"Azərenerji": SES yeraltı su ehtiyatlarını çirklənmədən qoruyur

"Azərenerji": SES yeraltı su ehtiyatlarını çirklənmədən qoruyur
# 26 may 2023 15:48 (UTC +04:00)

Su elektrik stansiyalarının ekoloji üstünlüklərindən biri yeraltı su ehtiyatlarının çirklənmədən qorunmasıdır.

APA xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

O, su elektrik stansiyalarının ekoloji üstünlükləri barədə danışarkən bildirib ki, üstünlüklərə həmçinin sel və daşqınlardan mühafizə, çay balıqlarının qorunması və kompleks tədbirlər də daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR