“Azəriqaz”: Binaların tüstü bacaları iyulun 1-dək təmizlənməlidir

“Azəriqaz”: Binaların tüstü bacaları iyulun 1-dək təmizlənməlidir
# 26 may 2023 13:19 (UTC +04:00)

Müvafiq qaydalara əsasən, bu il iyul ayının birinədək binaların tüstü bacaları mütləq şəkildə təmizlənməlidir.

APA-Economics” xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

“İyul ayının birinədək, binaların tüstü bacalarının mülkiyyət hüququndan asılı olaraq, kimin mülkiyyətindədirsə, kimin cavabdehliyindədirsə, həmin qurumlar tərəfindən mütləq surətdə təmizlənməsi təşkil olunmalıdır”, - İlkin Behbudov qeyd edib.

Onun sözlərinə görə, söhbət dövlət mənzil fondunda, dövlət orqanlarının fondunda, mənzil mülkiyyətçilərinin idarəetməsində, ümumi korporativ idarəetməsində olan binalardan gedir.

İlkin Behbudov onu vurğulayıb ki , qeyd olunan qaydanın yerinə yetirilməsi isə qaz paylayıcısı tərəfindən bu ilin noyabr ayının birinədək yoxlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR