"Azəriqaz" rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək

"Azəriqaz" rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
# 23 dekabr 2021 09:55 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu dekabr ayının 24-də saat 12:00-da keçiriləcək.

“Azəriqaz”dan “APA-Economics”ə verilən məlumata görə, baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Ağstafa rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər.

Məlumata görə, qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Şəmkir Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR