"Azərsu": Daha çox maklerlərin tikdiyi evlər su şəbəkəsinə qanunsuz qoşulur

"Azərsu": Daha çox maklerlərin tikdiyi evlər su şəbəkəsinə qanunsuz qoşulur
# 26 may 2023 15:39 (UTC +04:00)

Su şəbəkəsinə qanunsuz qoşulma daha çox Bakı ətrafı ərazilərdə rast gəlinir.

"APA-Economics" xəbər verir ki, bunu "Azərsu" ASC-nin Elektron idarəetmə və müştəri xidmətləri departamentinin rəis müavini Cabbar Cabbarlı bugünkü brifinqdə bildirib.

"Sabunçu, Suraxanı Bağlar massivi, Binəqədi rayonlarında belə hallar daha çoxdur. Ən çox da makler tərəfindən tikilmiş evlərdə belə hallara rast gəlinir. Maklerlər tikdikləri 5-6 evi su şəbəkəsinə primitiv şəkildə qoşur. Son nəticədə, biz vətəndaşla üz-üzə qalırıq. Digər qanunsuz qoşulmalar şəhər ətrafında apartmant tipli evlərdə baş verir. 2-3 mərtəbəli apartmanlar var ki, onlar da şəbəkəyə qoşulmaq üçün texniki şərtlər almadan orada yaşayacaq əhalini köhnə evin su şəbəkəsinə qoşurlar", - deyə Cabbar Cabbarlı vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR