Bakı metrosunda qış mövsümünə hazırlıq prosesi yekunlaşıb

Bakı metrosunda qış mövsümünə hazırlıq prosesi yekunlaşıb
# 23 dekabr 2021 09:28 (UTC +04:00)

Bakı metropolitenində qış mövsümünə hazırlıq prosesi yekunlaşdırılıb.

“Bakı Metropoliteni” QSC-dən “APA-Economcis”ə verilən məlumata görə, hazırlıq tədbirləri daha çox “Nərimanov” elektrik deposunun yollarını əhatə edir. İlk növbədə qarla mübarizə işinin operativ planı hazırlanıb. Qarla mübarizə qərargahı da qışa hazırdır. Qərargah müvafiq avadanlıq, alət və digər materiallarla təmin olunub, yol təsərrüfatının qəza-bərpa sahəsi qış şəraitinə tam uyğun vəziyyətə gətirilib, qarın yığılması üçün tələb olunan alətlər sazlanıb.

Park yollarının ərazisi yoxlanılır, müvafiq tədbirlər görülür. Xüsusən üfürücü qurğuların yerləşdiyi yerlərə davamlı baxış keçirilir, çəpərləmə ləvazimatının, alətlərin və avadanlığın vəziyyəti yoxlanılır. Depo və park yollarında izolə qovşaqları daim yoxlanılır, qüsurlu elementləri dəyişdirilir.

Stansiyalarda da qış tədarükü görülüb. Güclü qar yağıntısı və şaxtalı hava şəraiti müddətində stansiya pilləkənlərindən qarın təmizlənməsi üçün lazım olan alət ehtiyatı hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR