Beynəlxalq Astronavtika Konqresinə dair səfirlik və diplomatik nümayəndələrlə görüş keçirilib

Beynəlxalq Astronavtika Konqresinə dair səfirlik və diplomatik nümayəndələrlə görüş keçirilib
# 26 may 2023 15:00 (UTC +04:00)

Azərkosmos Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə dair Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndələri ilə görüş keçirib.

APA-Economics” xəbər verir ki, 28 may – Müstəqillik günü ərəfəsinə təsadüf edən bu görüşün məqsədi Beynəlxalq Astronavtika Konqresinin regionumuz üçün əhəmiyyətini, o cümlədən kosmik sahədə iştirak edən ölkələrin təcrübə mübadiləsi imkanlarını səfirlik və diplomatik nümayəndələri vasitəsilə dünya ölkələrinə çatdırmaqdır.

Qeyd edək ki, tədbirdə Bakı Konqresinin dünya ölkələrinin kosmosa dair əlaqələr qurmaq baxımından geniş platforma olacağı vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR