Dubay-Bakı təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir

Dubay-Bakı təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir
# 28 dekabr 2021 14:54 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin Dubaydan Bakıya yola düşən (J2-012 reysi) təyyarəsinin uçuşu texniki səbəblərə görə gecikir.

AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.

Qeyd edək ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq yemək və alkoqolsuz içki ilə təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR