"İşıqlı Qarabağ" sənədli filmi təqdim olunub - VİDEO

"İşıqlı Qarabağ" sənədli filmi təqdim olunub - VİDEO
# 24 dekabr 2021 13:56 (UTC +04:00)

Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” ASC tərəfindən görülmüş işlərdən bəhs edən “İşıqlı Qarabağ” sənədli filmi hazırlanıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, filmdə Cəbrayıl rayonu və Hadrut qəsəbəsinə hələ müharibə davam edən

vaxtlarda elektrik xətlərinin çəkilməsindən, eləcə də Zəngilan, Qubadlı rayonları və Şuşa şəhərində görülən işlərlə bağlı real kadrlar və müsahibələr təqdim edilir.

Həmçinin sənədli filmdə Kəlbəcər rayonu ərazisində Prezident İlham Əliyevin müvafiq göstərişlərinə əsasən görülən işlərdən bəhs edilir. Xüsusilə də qarlı və şaxtalı günlərdə Hərbi hissələrə elelktrik xətlərinin çəkilişində iştirak edən fədakar “Azərişıq” əməkdaşlarının fəaliyyəti “İşıqlı Qarabağ” sənədli filmində real kadrlarla göstərilir.

Filmə bu gün saat 15:30-da və 21:40-da yerli telekanalların bəzilərində nümayiş olunacaq.

© APA | "İşıqlı Qarabağ" filmi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR