İstanbul aeroportlarında yükdaşımaların həcmi kəskin artıb

İstanbul aeroportlarında yükdaşımaların həcmi kəskin artıb
# 27 dekabr 2021 14:09 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında İstanbul hava limanlarında yükdaşımaların həcmi 30%, kommersiya uçuşlarının sayı isə 45% artıb.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Dövlət Hava Limanları İdarəsinin (DHMI) hesabatında bildirilir.

Hesabat dövründə Atatürk hava limanında daxili marşrutlar üzrə 7 820 ton, beynəlxalq marşrutlar üzrə isə 790 314 ton yük daşınılıb. Beləliklə, 2020-ci ilin yanvar-noyabr aylarında 752 770 tona qarşı qeyd olunan dövrdə hava limanlarında yükdaşıma (baqaj, yük və poçt) 798 134 ton təşkil edib.

İlin ilk 11 ayı ərzində Sabiha Gökçen hava limanı vasitəsilə yükdaşımaların həcmi 261 143 ton təşkil edib. Yük daşımalarının 128 832 tonu ölkədaxili, 132 311 tonu isə beynəlxalq yükdaşımaların payına düşüb. 2020-ci ilin yanvar-noyabr aylarında Sabiha Gökçen hava limanında yük daşımaları (baqaj, yük və poçt) 199 562 ton olub.

Hesabat dövründə İstanbul hava limanı vasitəsilə daxili marşrutlar üzrə 130 349 ton, beynəlxalq marşrutlar üzrə isə 1 186 719 ton yük daşınıb. Göstərilən dövrdə bu hava limanı vasitəsilə daşınan yüklərin ümumi həcmi 2020-ci ilin yanvar-noyabr aylarındakı 870 435 tona qarşı 1 317 068 ton təşkil edib.

Ümumilikdə, cari ilin yanvar-noyabr aylarında Türkiyənin bütün hava limanlarında yük daşınması (baqaj, yük və poçt) 3 090 524 ton təşkil edib. Eyni zamanda, Türkiyədən keçən yükdaşımaların 77%-i İstanbul hava limanlarının payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR