Oxçuçayın su sərfi saniyədə 3.43 kubmetrdən az olduqda su elektrik stansiyası işləməyəcək

Oxçuçayın su sərfi saniyədə 3.43 kubmetrdən az olduqda su elektrik stansiyası işləməyəcək
# 26 may 2023 16:21 (UTC +04:00)

Oxçuçay üzərində inşası həyata keçirilən kiçik su elektrik stansiyalarında (KSES) quraşdırılacaq turbinlər Avropanın "Gugler GmbH" şirkətinə məxsus ən son texnologiyalar əsasında istehsal edildiyindən ətraf mühitə heç bir zərəri yoxdur.

APA xəbər verir ki, bunu Dövlət Ekoloji Ekspertiza Agentliyində Oxçuçay çayı üzərində “Azərenerji” ASC tərəfindən inşası həyata keçirilən “Şayıflı”, “Sarıqışlaq”, “Zəngilan” və “Cahangirbəyli” kiçik su elektrik stansiyalarının (KSES) binasının, suqəbuledicisinin və basqılı su borusunun tikintisi məqsədilə “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” hesabatına dair keçirilən ictimai dinləmədə "Azərenerji" ASC, Enerji İstehsalı Operatorunun Hidrotexniki Xidmətinin rəisi Rüstəm Rəcəbov deyib.

Onun sözlərinə görə, Oxçuçayın ekoloji axımının 0.82 kubmetr/saniyə olmasına baxmayaraq, çayın su sərfi saniyədə 3.43 kubmetrdən az olduqda su elektrik stansiyası işləməyəcək:

"Bu isə Oxçuçayın məcrasında ekoloji axımdan dörd dəfə artıq suyun saxlanılması deməkdir. Əlavə olaraq, Oxçuçayın su ehtiyatının 26 faizi ölkə ərazisində formalaşdığından çayda əlavə 3 kubmetr/saniyə suyun olması proqnozlaşdırılır. Bu isə o deməkdir ki, Oxçuçayın axımının 55 faizə yaxını müvafiq çayın məcrasında saxlanılmaqla çay ekosisteminə heç bir mənfi təsiri olmayacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR