Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyat sistemi ilə maraqlanır - FOTO

Qırğızıstan Azərbaycanın mobil cihazların qeydiyyat sistemi ilə maraqlanır - FOTO
# 22 dekabr 2021 13:07 (UTC +04:00)

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov türk dövlətlərinin kosmik agentlikləri və qurumlarının birinci işgüzar toplantısında iştirak məqsədilə Azərbaycanda səfərdə olan Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi yanında Dövlət Rabitə Agentliyinin direktoru Talant Kalıkovla görüşüb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, görüşdə ölkələr arasında İKT və kosmik sahəsi üzrə əməkdaşlıq məsələlərinə dair müzakirə aparılıb.

Həmçinin qarşı tərəfin təklifinə əsasən IMEI – mobil cihazların qeydiyyat sisteminin ölkədə işləmə mexanizmi barədə qonaqlara ətraflı məlumat verilib və bu sahədə təcrübə mübadiləsinin aparılmasının mümkünlüyü vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR