Səudiyyə Ərəbistanının nümayəndə heyəti Zəngilan məscidində olub - FOTO - VİDEO

Səudiyyə Ərəbistanının nümayəndə heyəti Zəngilan məscidində olub - FOTO  - VİDEO
# 18 dekabr 2022 14:57 (UTC +04:00)

Ərəbistan Krallığının investisiya naziri Xalid ibn Əbdül Əziz Əl-Falehin başçılıq etdiyi nümayəndə heyətinin Zəngilan şəhərində tikilən məscidlə tanış olub.

"APA-Economics" xəbər verir ki, maliyyə naziri Samir Şərifov və Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev qonaqlara Zəngilan şəhərində yeni tikilən məscid, o cümlədən burada həyata keçirilən bərpa-yenidənqurma prosesi haqqında məlumat verib.

Qeyd edək ki, yeni tikilən məscid Zəngilan şəhərində yerləşən XVII - XVIII əsrlərə aid məscidinin yanındadır. Sözügedən məscid isə hazırda restavrasiya olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR