“Azercell” Azərbaycanda İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator oldu

“Azercell” Azərbaycanda İSO/IEC 27001 sertifikatını alan ilk mobil operator oldu
  • Clock-gray 15:37
  • calendar-gray 28 Dekabr 2019

“Azercell” dünya üzrə yüzdən artıq ölkədə sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən İSO/IEC 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartının uyğunluq sertifikatına layiq görülüb.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, fəaliyyətində şəffaflığın qorunub saxlanmasını, müştəri məlumatlarının təhlükəsizliyini və məxfiliyini təmin etməyi prioritet hesab edərək "Azercell" ölkədə bu sertifikata layiq görülən ilk mobil operator oldu. 

Belə ki, müstəqil audit yoxlamaları zamanı məlumatların təhlükəsizliyini təmin etmək məqsədilə "Azercell"in tətbiq etdiyi İnformasiya Təhlükəsizliyi İdarəetmə Sisteminin beynəlxalq standartlara cavab verdiyi təsdiq edilib. İSO/IEC 27001 sertifikatı "Azercell"də məlumatların məxfiliyinin, bütövlüyünün və əlçatanlığının yüksək səviyyədə qorunmasını bir daha sübut edir.

Qeyd edək ki, İSO/IEC 27001 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən hazırlanıb. Standarta uyğunluq sertifikatı yalnız İSO/IEC 27001-nin tələblərini tam qarşılayan, informasiya təhlükəsizliyi risklərini optimal idarə edən, davamlı olaraq audit yoxlamaları həyata keçirən və qanunvericilik üzrə qoyulan tələblərə uyğun məlumat təhlükəsizliyini təmin edən şirkətlərə təqdim edilir.

 

Mirsəid İbrahimzadə

Digər xəbərlər

Arxiv

date