"Azercell" Yeni il kampaniyasına start verib - FOTO

"Azercell" Yeni il kampaniyasına start verib - FOTO
  • Clock-gray 15:33
  • calendar-gray 11 Dekabr 2019

Telekommunikasiya sahəsində dünya tendensiyaları ilə hər zaman ayaqlaşaraq istifadəçilərinə rəngarəng mobil həllər təqdim edən “Azercell Telekom” şirkəti qarşıdan gələn 2020-ci il münasibətilə “Yeni İl Kampaniyası”na start verib.

“Azercell”dən “APA-Economics”ə verilən məlumata görə, gələn ilin yanvarın 9-dək davam edəcək kampaniya çərçivəsində “iVi”, “Bookmate”, “Zvuk” xidmətlərindən istifadə edən abunəçilər üçün internet xərcləmələri ödənişsiz olacaq.

Kampaniyadan yararlanmaq üçün abunəçinin xətti ikitərəfli açıq və balansda minimum 1 manat vəsait olmalı, ən əsası isə, internet xətti aktiv olmalıdır. Abunəçilər kampaniyaya daxil olan xidmətlərin müvafiq şifrələrini yığaraq “Azercell”in təqdim etdiyi bu fürsətdən yararlana bilərlər.

Qeyd edək ki, “iVi” mobil sinema xidmətinə aylıq qoşulma üçün *302#, “Bookmate” xidmətinə aylıq qoşulma üçün *533#, “Zvuk” xidmətinə aylıq qoşulma isə *707# şifrəsini yığmaq lazımdır.

Xatırladaq ki, “Azercell Plus” xidmətləri çərçivəsində təqdim edilən “iVi”, “Bookmate” və “Zvuk” mobil tətbiqləri minlərlə film, kitab və musiqi parçasından limitsiz şəkildə yararlanmaq imkanı yaradır. “Azercell” abunəçiləri üçün xüsusi güzəştlə təqdim olunan bu rəqəmsal xidmətlərdən bir ay ərzində internet xərcləri ödəmədən yararlanma imkanı şirkətin öz müştərilərinə bayram ərəfəsində təqdim edəcəyi hədiyyələrdən biridir.

APA-Economics

Digər xəbərlər