"Azercell" bu il regionlarda 4G şəbəkəsini 364% artırıb

"Azercell" bu il regionlarda 4G şəbəkəsini 364% artırıb
  • Clock-gray 11:57
  • calendar-gray 27 Noyabr 2019

Beynəlxalq araşdırmalara əsasən, “Azercell Telekom” şirkətinin LTE şəbəkəsi (4G) ən yüksək keyfiyyət nümayiş etdirir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycana yeni bağlantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnoloji nailiyyətlərini ölkədə ilk olaraq tətbiq edən “Azercell Telekom” 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin əhatəsini 364% genişləndirib. Hazırda ölkənin 60-a yaxın bölgəsi “Azercell”in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olub. Həmçinin, bir il ərzində LTE şəbəkəsi üzərindən DATA istifadəsində 256% yüksəliş qeyd olunub. Son bir ildə “Azercell”in 1129 yeni LTE stansiyası quraşdırılıb. “Azercell” şəbəkəsində LTE trafiki ümumi DATA trafikin 46%-ni təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artım deməkdir.

Avropanın “Systemics” şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bençmark testi nəticəsində Azərbaycanın bütün regionları üzrə “Azercell” şirkətinin daha üstün LTE xidməti göstərdiyi təsdiq olunub.

““Azercell” özünün 4G şəbəkəsini 100% genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli mobil DATA istifadəsini əlçatan və rahat etməyi hədəfləyir. İstifadəçilərimizi ən sürətli mobil internetə alışdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnoloji mərhələyə keçidin hazır olduğunu bəyan edə bilərik. Bu yaxınlarda “Azercell”in ilk olaraq test rejimində təqdim etdiyi 5G şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi

nəticəsidir”, - deyə “Azercell Telekom”un Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov bildirib.

Qeyd edək ki, bu ilin noyabr ayının 12-də ölkədə ilk olaraq 5G şəbəkəsini test rejimində təqdim edən “Azercell Telekom” ən yeni nəsl mobil rabitə texnologiyası üzrə araşdırmaları davam etdirərək gələcəkdə bu şəbəkənin tam olaraq təşkilini həyata keçirməyi planlaşdırır.

APA-Economics

Digər xəbərlər

Arxiv

date