"Azercosmos" elmi məqalə müsabiqəsi elan edib

"Azercosmos" elmi məqalə müsabiqəsi elan edib
  • Clock-gray 15:13
  • calendar-gray 08 Yanvar 2020

"Azercosmos" ASC kosmik sahədə ixtisaslaşan və bu sahəyə marağı olan şəxsləri üçün kosmik sahə üzrə elmi məqalə müsabiqəsi elan edib.

ASC-dən "APA-Economics"ə verilən məlumata görə, müsabiqə elmi işləri və ya məqalələri 12-16 oktyabr 2020-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək kosmik elm və texnologiya sahəsinin ən böyük tədbiri olan Beynəlxalq Astronavtika Konqresində təqdim etmək imkanı verəcək.

Müsabiqə "Azercosmos"un bu ilki tədbirdə yüksək ixtisaslı mütəxəssislərdən ibarət nümayəndə heyəti ilə təmsil olunması məqsədilə keçirilir.

Ən yaxşı elmi məqalələrin müəlliflərinin viza, səyahət sığortası, nəqliyyat və yaşayış xərcləri, qeydiyyat və elmi məqalələrin nəşri və iştirak haqları da daxil olmaqla bütün xərcləri "Azercosmos" tərəfindən qarşılanacaq.

Elmi məqalələrinin xülasəsi 31 yanvar 2020-ci il tarixinədək qəbul olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date